Milli Məclisin 2017-də keçiriləcək son iclasının gündəliyində dəyişiklik edilib

Milli Məclisin (MM) payız sessiyasında 2017-ci ildə keçiriləcək son plenar iclasının gündəliyində dəyişiklik edilib.

 

Gündəliyə daha 2 məsələ əlavə olunub. Bununla da, gündəlikdəki məsələlərin sayı 19-a çatıb.

 

Əlavə olunan məsələlər “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi barədə sənəd və bankların fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklikdir.

 

Qeyd edək ki, gündəliyə eyni zamanda yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda, Azərbaycanla bir sıra ölkələr arasında imzalanan sənədlərin ratifikasiyası, Gömrük, Miqrasiya məcəllələrinə, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı Milli Məclisin müraciət də daxildir.  

28 Dekabr 2017 , 13:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin