Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Muğanbank" Union Pay kartlarının satışına başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Muğanbank" Union Pay  kartlarının satışına başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ilk dəfə olaraq, Çin Xalq Respublikasının Union Pay Int. beynəlxalq ödəniş sisteminə qoşulan "Muğanbank" ASC, Union Pay plastik kartlarının satışına start verib. 

 

Bankın yaydığı məlumata görə, "Muğanbank" ASC 4 növ: Union Pay Classic, Union Pay Gold, Union Pay Platinum və Union Pay Diamond kart məhsullarını müştərilərə təklif edir.


"Muğanbank" ASC-nin Union Pay ödəniş sisteminə qoşulması ölkədə nağdsız hesablaşmaların inkişafına öz töhfəsini verəcək, bankın plastik kart çeşidinin əhəmiyyətli dərəcədə artırılmasına, müştərilərə daha çox seçim imkanı yaradılmasına səbəb olacaq",- Bankın məlumatında deyilir.


Qeyd edək ki, hazırda dünyada hər insana 2 plastik kart düşür. 2016-cı ilin yekunlarına görə dünya üzrə plastik kartların sayı 8% artaraq, 14 milyard ədədə çatıb ki, onun da 6 milyard ədədi Çinin Union Pay Int. ödəniş sisteminin payına düşür. Dövriyyədə olan kartların sayına görə Union Pay dünyada birinci yerdədir.


Union Pay plastik kartları dünyanın 163 ölkəsində keçərlidir.


 “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

28.12.2017 11:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ