Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Ofisait" mağazalar şəbəkəsi yeni layihəyə start verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ofisait" mağazalar şəbəkəsi yeni layihəyə start verdi

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə OYAL məktəbli ləvazimatları devizli Ofisait mağazalar şəbəkəsinin təşkilati dəstəyi ilə “Məktəblinin dostu” devizli silsilə layihələr həyata keçirib.

 

Reklam_3_11

Şirkətin mətbuat xidmətindən Marja.az-a verilən məlumata əsasən OYAL “Məktəblinin dostu” devizli layihəyə regionlarımızdan başlayaraq start vermişdir.

 

Layihə Gəncə şəhərində yerləşən SOS uşaq kəndlərinin məktəbli sakinləri, Cocuq Mərcanlıda yaşayan məktəbliləri, həmçinin Azərbaycan Uşaq Fondu ilə birlikdə Qubadlı rayonundan olan məcburi köçkünlərin övladlarının təhsil aldığı Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbin şagirdlərini əhatə edib.

 

Tədbirdə çıxış edən şirkət nümayəndəsi məktəbin şagird və müəllim heyətini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib və dövlət siyasətinin davamı olaraq OYAL-ın mütəmadi olaraq sosial layihələrin həyata keçirilməsinin şirkətin korporativ strategiyasının tərkib hissəsi olduğunu vurğulayıb. Azərbaycan Uşaq Fondunun idarə heyətinin sədri Aqil Məhərrəmov uşaqları bayram münasibətilə təbrik edib və şirkət nümayəndəsinə uşaqlara göstərilən qayğı və diqqət üçün dərin təşəkkürünü bildirib.

 

OYAL “Məktəblinin dostu” devizli sosial layihəni Bakı şəhəri daxil olmaqla digər rayonlarda da davam etdiriləcəkdir.

 

Qeyd edək ki, OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron, Sumqayıt, Lənkəran, Tovuz, Bərdədə yerləşən “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür.

 

Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür. Daha ətraflı məlumatı OYAL və “Ofisait”in daim yenilənən Facebookİnstagram səhifələrindən əldə edə bilərsiniz.

28.12.2017 12:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ