Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 50% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 50% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Sənaye Bankı” ASC 2016-cı ili 3 milyon 833 min manat xalis mənfəət ilə başa vurub. Bu 2015-ci illə müqayisədə 1 milyon 277 min manat və ya 50% çoxdur.

 

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 26 milyon 606 min manat (2015-də 24,9 milyon manat),  faiz və qeyri-faiz xərcləri 18 milyon 260 min manat təşkil edib və Bank 8 milyon 345 min manat xalis əməliyyat mənfəəti əldə edib. Xalis əməliyyat mənfəətinin 3 milyon 589 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb və 922 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bank ili 3 milyon 833 min manat xalis mənfəət ilə başa vurub.

 

AKTİV, ÖHDƏLİK VƏ KAPİTALI ARTIB

 

31 Dekabr 2016-cı il tarixinə “Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 787 milyon 179.20 min manat, cəmi öhdəlikləri 702 milyon 525 min manat, cəmi kapitalı isə 84 milyon 653.57 min manat təşkil edib. Bank 2015-ci ilin sonunda 690 milyon 399 min manat cəmi aktivlərə, 612 milyon 148 min manat cəmi öhdəliklərə, 78 milyon 250 min manat cəmi kapitala malik idi.

 

“Azərbaycan Sənaye Bankı”nın  cəmi kredit portfelinin (297 milyon 418.9 min manat) cəmi 7 milyon 852 min manatının və ya 2.64%-nin ödəmə vaxtı keçib.

 

“Azərbaycan Sənaye Bankı”nın  maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz. 

23.01.2017 05:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ