Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

AZAL aviabiletlərin qiymətini artırmağı planlaşdırmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL aviabiletlərin qiymətini artırmağı planlaşdırmır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin biletlərinin qiymətinin artırılması məsələsi hazırda aktual deyil. Bunu Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Arif Məmmədov bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

 

“Bu gün AZAL hər reys üçün 17-dək qiymət variantı təklif edir və bu variantların hər birinin öz şərtləri var. Biletlərin qiymətinin artırılması məsələsi aktual deyil”, - deyə o, komitə üzvləri tərəfindən AZAL-ın fəaliyyətinin tənqid edilməsinə cavab olaraq bildirib.

 

Direktor etiraf edib ki, xərclər (o cümlədən aeroportun saxlanması xərcləri) artsa da, şirkət kifayət qədər gəlir əldə etmir.

 

«İnhisarçılığa gəlincə isə, Nazirlər Kabinetinin qərarı var, loukoster yaradılır. Bundan başqa, bu gün Azərbaycana və Azərbaycandan beynəlxalq uçuşların 52%-i xarici şirkətlərin, 48%-i AZAL-ın, uçuşların əksəriyyəti isə MDB ölkələrinin payına düşür», - deyə A.Məmmədov qeyd edib.

 

Onun sözlərinə görə, Azərbaycan xarici şirkətlərə ölkə regionlarına reyslərin sayını artırmağı təklif edir. «Bu gün DMAA 68 ölkə ilə uçuşların həyata keçirilməsinə dair saziş imzalayaraq razılaşdırıb. Lakin cəmi 22 ölkə ilə havaa əlaqəsi yaradılıb. Əgər hansısa şirkət Azərbaycana uçuşlar təşkil etmək istəsə, qapılarımız onun üzünə açıqdır», - deyə o vurğulayıb.

 

© İnterfaks-Azərbaycan

23.01.2017 06:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ