"Gəlirimizn 100 milyard dollardan çoxunu xərcləmişik"

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 2001-ci ildən bu il dekabrın 1-dək 137 milyard ABŞ dollarını ötüb.

 

Bu barədə  ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

 

Qeyd edilib ki, bu vaxtadək həmin vəsaitin 100 milyard dollardan çoxu xərclənib.

 

Xatırladaq ki, bu il oktyabrın 1-nə Neft Fondunun aktivləri cari ilin əvvəlinə - 33 milyard 147 milyon dollara nisbətən 8,67 faiz artaraq 36 milyard 20 milyon ABŞ dolları təşkil edib. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına formalaşıb.

 

© Azərtac

28 Dekabr 2017 , 17:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin