Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

10 milyarda yaxın xərclənəcək - Neft Fondunun yeni büdcəsi təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 milyarda yaxın xərclənəcək - Neft Fondunun yeni büdcəsi təsdiq edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında"  Fərman imzalayıb.

 

"Marja" xəbər verir ki, Fərman ilə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri 11 milyard 559 milyon 956,2 min manat, xərcləri isə 9 milyard  730 milyon 221,8 min manat məbləğində təsdiq edilib. 

 

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

  

Sıra          №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

9 723 786,1

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

3 612,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

16 340,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 042 046,1

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

774 172,0

 

Cəmi

11 559 956,2

 3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 

Sıra          №-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

200 000,0

3.2.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

9 216 000,0

3.3.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

90 000,0

3.4.

Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

176 128,0

3.5.

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

16 218,0

3.6.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

31 875,8

 

Cəmi

9 730 221,8

4. “2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti beynəlxalq audit və ya məsləhət şirkəti cəlb etməklə, 2017-ci ilin nəticələri üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun saxlanılma xərclərinin və aktivlərinin idarə edilməsində səmərəliliyin qiymətləndirilməsinə dair auditin keçirilməsini 2018-ci il iyulun 1-dək təmin edib nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

28.12.2017 14:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ