Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları və istehsalı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları və istehsalı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 4,6 milyon barrel azalıb.


 
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına görə, ölkədəki kommersiya xam neft ehtiyatları 22 Dekabr həftəsində 4,6 milyon barrel (1,1 faiz) azalaraq 431,9 milyon barrelə enib. Bazarların ehtiyatlara dair gözləntisi 3,9 milyon barrel azalacağı yönündə idi.


Hesabatda, ümumiyyətlə neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatlarının isə keçən həftə 100 min barel məhdud artımla 663,4 milyon barelə yüksəldiyi qeyd edilib.

 
EIA, ABŞ-ın həftəlik benzin ehtiyatlarının 0,6 milyon barrel (0,3 faiz) artaraq 228,4 milyon barrelə yüksəldiyini də bildirib. Bazarlar benzin ehtiyatlarının 1,2 mln. barel artmasını gözləyirdi.


 
 Xam neft istehsalı azalıb


 
EIA hesabatında həmçinin ölkənin xam neft hasilatının əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 35 min barel azalaraq 9,75 milyon barelə gerilədiyi qeyd edilib.


 
 Ölkənin xam neft ixracı isə sözügedən həftədə, bir əvvəlki həftəyə nisbətən gündəlik 648 min barel azalaraq 1,21 milyon barelə enib. Həmin dövrdə, xam neft idxalı da gündəlik 159 min barel artaraq təxminən 8 milyon barelə yüksəlib.

29.12.2017 04:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ