Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank valyuta ehtiyatlarının artmasının səbəbini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank valyuta ehtiyatlarının artmasının səbəbini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2017-ci ildə tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

 

Bəyanatda qeyd olunub ki, strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13,3% (5 mlrd. ABŞ  dolları) artıb və 42,6 mlrd. ABŞ dolları təşkil edib. Sənəddə bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5,2 mlrd. ABŞ dollarına çatıb.

 

“Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti  və valyuta girovu ilə verilmiş  kreditlərin qaytarılması olub”, - deyə bəyanatda vurğulanıb.

 

EHTİYATLARA TƏZYİQ AZALIB

 

bəyanatda qeyd olunub ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Sənəddə bildirilib ki, tədiyyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib  və inflyasiya gözləntiləri  nisbətən səngiyib.  

 

“Bu müsbət nəticələr dərin makroiqtisadi manevr  və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub. Mərkəzi  Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib. Ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nailolmaq ortamüddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordinasiya olunmuş makroiqtisadi çərçivə və gözləntiləri effektiv idarə edən pul siyasəti rejimi vasitəsi ilə mümkündür”, - deyə bəyanatda vurğulanıb.

 

Bəyanat müəllifləri hesab edir ki, bütövlükdə, formalaşdırılan yeni makroiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcək.  

29.12.2017 06:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ