Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanlı gənclərin birgə layihəsi: uçur, üzür, quruda gedir...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı gənclərin birgə layihəsi: uçur, üzür, quruda gedir...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tural İsmayılzadənin rəhbərlik etdiyi  azərbaycanlı gənclər yeni, 3-cü ən böyük layihələrini təqdim ediblər. 

 

Reklam_3_11

“Tezuçar” adı verilən model 5 fərqli nüsxəni: avtomobili, təyyarəni, vertolyotu, qayığı və sualtıqayığı özündə birləşdirən yeni növ nəqliyyat vasitəsidir. Layihə azərbaycanlı gənclərin birgə əməyi nəticəsində ərsəyə gəlmişdir. “Tezuçar”-ın hərbi məqsədlərdə və sərnişindaşımada istifadəsi mümkündür.

 

Tural İsmayılzadənin "Marja"ya verdiyi məlumata görə, layihənin hazırlanmasında məqsəd insanların hərəkətini daha da asanlaşdıran, səyahətlərini həm zaman, həm də maddi baxıımdan daha səmərəli edən, ekonom, təhlükəsiz, eko sistemə zərərsiz nəqliyyat vasitəsinin yaradılmasıdır.

 

“Tezuçar”-ın ümumi uzunluğu 10 metr, qanadlarla birgə eni 12 metr, qanaqlar transformasiya olduğu halda eni 2,8 metr, hündürlüyü isə 2,6 metrdir. Nəqliyyat vasitəsinin yüklənməmiş çəkisi 6 ton, sərnişin daşıma gücü 2 ton, yükdaşıma gücü 3 ton və texniki təchizat tutumu 5 ton olmaqla, ümumi çəkisi 16 ton hesablanır. Nəqliyyat vasitəsi 16 sərnişin və 2 heyət üzvü olmaqla ümumilikdə 18 nəfərlik tutuma sahibdir.

 

“Tezuçar” istər quruda, istər havada, istər də suda olarkən raharlıqla bir vasitədən digərinə transformasiya oluna bilir. Bunun üçün prototip 8 sektora ayrılaraq hərəkətli və sabit dayanıqlı konstruksiyadan hazırlanacaq. Sərt konstruksiya metal gövdədən, hərəkətli mexanizmlər isə kompozit və qrafindən hazırlanaraq yüngül, elastik və sərt material ilə çəkinin və sürtünmənin azaldılması, müqavimətin çoxaldılması və sürətin artırılması hədəflənir.

 

“Tezuçar”-ın sahib olacağı kəskin əyilmə bucağı 35º olacaq və maksimumda əks-güc stabilləşmə aparmağa kömək edəcək, bununla da havada küləy, dənizdə isə su axının təsiri azaldılacaq.

 

“Tezuçar”-da biri kontroller olmaqla 8 ədəd sabit mühərrik qutusu yerləşir. Bundan əlavə 6 ədəd qaldırıcı, 1 ədəd sürətləndirici və 4 ədəd su çevrici pərlərə, həmçinin 3 rejimli 2 ədəd qanada və tək rejimli quyruğa sahibdir. Bu mexanizmin köməyi ilə nəqliyyat vasitəsinin bir evin bağçasına və ya küçəyə enməsi, şaquli və vertikal qalxma və enmə əməliyyatları həyata keçirməsi mümkün olacaq.

 

“Tezuçar”-ın yaradılmasına və ilkin sınaqların həyata keçirilməsinə 2018-ci ilin əvvəllərindən balşanacaq. Layihənin davam etdirilməsi üçün investisiya dəstəyinə ehtiyac var.

 

Layihə ilə bağlı sualı olan və ya investisiya məsələri ilə bağlı təklifi olan şəxslər bir başa əlaqə saxlaya bilərlər.

 

Əlaqə telefon nömrəsi: 055 616 70 77 E-p ünvanı: [email protected]

29.12.2017 06:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ