Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İslandiya şirkəti Azərbaycanın maliyyə bazarına buraxılmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İslandiya şirkəti Azərbaycanın maliyyə bazarına buraxılmadı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyi İslandiyanın “Creditinfo” şirkətinin iştirakı ilə yaradılmalı olan ölkənin ilk kredit bürosunu dövlət qeydiyyatına almaqdan imtina edib.

 

Bu barədə maliyyə bazarındakı mənbə bildirib.

 

Xatırladaq ki, “Creditinfo-Azerbaijan” adlı şirkətin 4,6 milyon manat (təxminən 2,3 milyon avro) məbləğində nizamnamə kapitalı ilə fəaliyyətə başlaması nəzərdə tutulurdu. Bu məbləğin 51%-ni İslandiya tərəfi, 49%-ni isə Azərbaycanın 19 bankı, "TBC Kredit" bank olmayan kredit təşkilatı və "PAŞA Sığorta" şirkəti təmin etməli idi.

 

Mənbənin məlumatına görə, nazirlik qeydiyyatdan imtinaya rəsmi səbəb kimi təsis sənədlərində olan çatışmazlıqları göstərib. Qeydiyyat məsələsi ləngidiyi üçün yerli təsisçilərdən 8 bank - "Azərbaycan Beynəlxalq Bankı",  “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitə Bank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” özləri ayrıca kredit bürosu yaratmağa qərar veriblər. Təşəbbüs qrupunun dekabrın 20-də keçirilmiş iclasında "Azərbaycan Kredit Bürosu" şirkətinin yaradılması qərara alınıb.

 

Bununla belə, "Creditinfo"nun Azərbaycanın maliyyə bazarına buraxılmaması ilə bağlı qeyri-rəsmi səbəblər də göstərilir. Bunlardan biri odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası İslandiya şirkətinin büronun nizamnamə kapitalında 51%-lik paya malik olmasını istəməyib. Yəni, xarici təsisçinin büroda əsas söz sahibi olmasına ilkin mərhələdə razılıq verilsə də, sonradan fikir dəyişib. Baxmayaraq ki, yerli təsisçilər "Creditinfo"nun bu sahədə zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq, onun əsas səhmdar olmasında maraqlı olublar. Digər səbəb kimi isə, İslandiya şirkətinin gələcəkdə ölkədən hansısa məlumatları xaricə ötürməsi ehtimalı göstərilir. Yəni, informasiya təhlükəsizliyi nəzərə alınaraq “Creditinfo-Azerbaijan” layihəsinin hələ ki, dondurulmasına qərar verilib. 

 

© Report

29.12.2017 07:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ