Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil”

Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün təbbi ki, neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır.

 

İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Dolların aparıcı valyutalara xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəbələrdən müəyyən enişlər mümkün görünsə də ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil. Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı.

 

Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da Trampın mühafizikar siyasəti “qara qızılın” qiymətində kəskin artımlar imkan verməycək. Tramp seçki qabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadıq qalarsa o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür.

 

Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklə edəcəyi inandırıcı deyil. Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək.

23.01.2017 06:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ