Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Astarada yetişib, çəkisi 1 kiloqramdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Astarada yetişib, çəkisi 1 kiloqramdır

Astara rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyev şəxsi təsərrüfatında Özbəkistandan gətirilmiş yeni limon növü yetişdirib.

 

Reklam_3_11

İlk baxışdan böyük armudu xatırladan bu limon növünü Z.Əliyev calaq üsulu ilə artırıb.

 

Təsərrüfat sahibinin sözlərinə görə, ötən il ancaq ağacın meyvəsindən satırdısa, bu ildən başlayaraq məhsulla yanaşı, calaq yolu ilə becərdiyi tinglərin satışını da təşkil edib. O, bu il 700-ə yaxın yeni limon tingi satıb.

 

Yeni limon növünün meyvələrinin qabığı qalın olduğu üçün şaxtaya daha davamlıdır, ağacı isə yerli şəraitə uyğunlaşmaq baxımından əlverişlidir.

 

Bu limon digərləri ilə müqayisədə, tərkibinə görə C vitamini ilə daha zəngindir. Buna görə də Zəbiəli Əliyev növbəti illərdə də təsərrüfatında yeni limon növünü daha da artırmağı və satışını təşkil etməyi planlaşdırır.

 

Qeyd edək ki, Özbəkistandan gətirilən limonun ən kiçiyinin çəkisi 300 qram, ən böyüyü isə bir kiloqrama yaxındır.

 

Qiymətlərə gəldikdə, adi limonun bir ədədi 30-50 qəpikdirsə, özbək sortu olan limonun bir ədədinin qiyməti 2-3 manat arası dəyişir.

 

Yeni növ limonun digər bir özəlliyi də ondadır ki, yerli limon ağaclarından mövsümə uyğun olaraq ildə bir dəfə məhsul götürülürsə, Özbəkistandan gətirilən limon ağacı ilboyu bar verir.

29.12.2017 08:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ