Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Süfrə suları istehsal müəssisəsi tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Süfrə suları istehsal müəssisəsi tikilir

Gədəbəy rayonunun Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə aid süfrə suları istehsal müəssisəsi tikilir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, hazırda müəssisədə son tamamlama işləri görülür.

 

Həmçinin Gədəbəy şəhərində Mübariz Qənbərova məxsus çörək və şirniyyat məmulatları müəssisəsi də tikilir.

 

Qeyd edək ki, hazırda rayonun Zəhmətkənd kəndində “Gədəbəy mineral sular” MMC-yə məxsus mineral sular və limonad istehsalı müəssisəsi fəaliyyət göstərir.

 

Gədəbəy Mineral Sularının mənbəyi Gədəbəy dağlarındakı bulaqlardır. Məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehsala buraxılır. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü  ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.

29.12.2017 08:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ