Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank bu gün də hərrac keçirməyə qərar verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank bu gün də hərrac keçirməyə qərar verib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə növbəti depozit hərracı elan edilib.

 

Maraqlısı budur ki, Mərkəzi Bank dünən elan etmişdi ki, növbəti depozit hərracı Yanvarın 5-də keçiriləcəkdir. Bu gün isə elan edilib ki, 29 dekabr 2017-ci il tarixində saat 15:30-15:45 radələrində də depozit hərracı keçiriləcəkdir.

 

"Marja" xəbər veri ki, hərrac ilə 300 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

 

Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% aralığında müəyyən edilib.

 

Mərkəzi Bank 05 yanvar 2018-ci il tarixində keçiriləcək hərrac vasitəsilə isə 200 milyon manat cəlb etməyi planlaşdırır.

 

Mərkəzi Bankın keçirtdiyi depozit hərracının əsas məqsədi döviyyədəki pul kütləsinin tənzimləmək, artıq pul kütləsinin valuta bazarına yönəldilməsinin qarşısını almaqdır. 

29.12.2017 09:06

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ