Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əlillərin təhsil haqqından azad edilməsi təklif olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əlillərin təhsil haqqından azad edilməsi təklif olunub

Milli Məclisin bu gün keçirilən iclasında əlillərin ödənişli ali təhsildən azad edilməsi təklif edilib.

 

Bu təkliflə çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, bu qrupdan olan insanlarla görüş keçirib və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların nümayəndələri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər.
 

O qeyd edib ki, fiziki imkanları məhdud gənclər Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər: “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin. Çünki onlar üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı". 

 

© APA

29.12.2017 10:24

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ