Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft Fondu 1,7% gəlirlilik gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu 1,7% gəlirlilik gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə edilməsindən orta illik gəlirlilik göstəricisi 1,72% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2017-cı ilin proqnoz göstəricisindən 0,21 faiz bəndi çoxdur.

 

Bu barədə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində qeyd olunur.

 

“2018-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,72% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2017-cı ilin proqnoz göstəricisindən (1,51%) 0,21 faiz bəndi çoxdur”, - deyə rəydə bildirilir.

 

Gələn il ARDNF-in ABŞ dolları ilə investisiyalardan gəlirləri 2,02630%, funt sterlinq ilə investisiyalardan gəlirləri 0,95709%, digər valyutalarda (avro istisna olmaqla) investisiyalardan gəlirləri 6,9485933% səviyyəsində proqnozlaşdırılır.

 

"Fondun ABŞ dolları, avro və funt sterlinqlə səhmlər üzrə investisiyalardan gəlirləri 1%, digər valyutalarla investisiyalardan gəlirləri 3% səviyyəsində proqnozlaşdırılır. ARDNF-in ABŞ dolları, avro, funt sterlinq və digər valyutalarla daşınmaz əmlak üzrə investisiyalardan orta gəlirliliyi 3,98% təşkil edəcək", - deyə rəydə qeyd olunur.

 

2018-ci il üzrə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlərin həcmi 605,84 mln. ABŞ dolları və yaxud 1042,04 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnoz göstəricisindən 8,1% çox, gözlənilən icra göstəricisindən isə 4,5% azdır.

 

© İnterfaks-Azərbaycan

29.12.2017 14:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ