Mobil manşet üstü reklam_21

Dövlət bankı: Aktivlərimizin azalmasının obyektiv səbəbləri var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət bankı: Aktivlərimizin azalmasının obyektiv səbəbləri var

 

Bu gün bəzi xəbər saytlarında bir neçə maliyyə - kredit qurumunun, o cümlədən dövlət bankı Azər Türk Bankın aktivlərinin kəskin azalması ilə əlaqədar həqiqətə uyğun olmayan yazılar verilmişdir.

Reklam_3_11

 

Azər Türk Bank bununla əlaqədar bildirir ki, bankın aktivlərinin həcmi yazıda göstərildiyi kimi 63 faiz deyil, bu ilin əvvəlindən etibarən 37 faiz azalmışdır.

 

"Bunun da obyektiv səbəbləri vardır. Belə ki, 2015- ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank Standart”ın sağlamlaşdırılması üçün yönəltdiyi yüksək məbləğdə vəsait Azər Türk Bank tərəfindən Mərkəzi Banka qaytarılmışdır. Bundan əlavə, bəzi kreditləşmə əməliyyatlarının maliyyələşdirilməsi üçün cəlb edilmiş, lakin hazırki bazar şərtlərinə uyğun olmayan, yüksək faizli depozitlərin müştərilərə ödənilməsi, sözsüz ki, aktivlərin bir qədər də azalmasını şərtləndirmişdir".

 

Bankdan "Marja"ya daxil olmuş açıqlamada qeyd olunur ki, Bankın kapital mövqeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi səviyyədən yüksəkdir. Qeyd edək ki, prudensial göstəricilər üzrə bu il Azər Türk Bank əsaslı artıma nail olmuş və hazırda bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir. Xatırladaq ki, bu göstərici üzrə norma 30 faiz səviyyəsində müəyyən edilmişdir.

 

Həmçinin 2016- cı ili yüksək mənfəətlə başa vurmaqla Bank, səhmlər üzrə dividend ödənişini həyata keçirmiş, ümumi bazar risklərini nəzərə alaraq riskli aktivlər üzrə ehtiyatlar yaradılmasına nail olmuşdur.

 

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

29.12.2017 14:40

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ