Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Süd nəhənginə cinayət işi açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Süd nəhənginə cinayət işi açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransada prokurorluq körpə südündə bağırsaq infeksiyası və ishala yol açan salmonella mikrobu təsbit edilmiş "Lactalis" şirkəti haqqında cinayət işi açaraq istintaqa başlayıb.

 

Reklam_3_11

Fransanın ən böyük süd sənayesi şirkəti olan "Lactalis" insan sağlamlığına zərər vermək və istehlakçıları çaşdırmaqla günahlandırır.

 

Fransada 30-dan çox uşağın xəstələnməsi ilə şirkət bütün dünyaya ixrac etdiyi minlərlə ton süd tozunu geri toplamaq məcburiyyətində qalmışdı.


 
"Marja" "Deutsche Welle"ə istinadən  xəbər verir ki, istintaqı aparan prokurorluq rəsmiləri "Lactalis"in salmonella təhlükəsi barədə ictimaiyyəti çox gec və yetərsiz məlumatlandırdığı şübhəsi üzərində dayanır. 

 

Şirkət Dekabrın ortalarında "Milumel", "Picot" və "Taranis" marka məhsullarını geri yığmışdı. Səhiyyə idarəsi isə 1 Dekabrda "Lactalis"i süd məhsullarına mikrob bulaşmış ola biləcəyi barədə xəbərdarlıq etmişdi.


 
 LACTALİS ƏN ÇOX ASİYA ÖLKƏLƏRİNƏ SÜD TOZU SATIR


 
Fransız səlahiyyətlilər Avqust ayından bu yana ölkədə ən az 35 uşağın salmonellaya yaxalandığı və körpələrdən 31-nə, mikrobun aşkar edildiyi "Lactalis" müəssisələrində istehsal edilmiş süd tozu verildiyi açıqlanıb. Şirkət istehsalın dayandırıldığını və kompleksin təmizlənib dezinfeksiya edildiyini bildirib. Xəstələnən uşaqların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.


Süd məhsulları istehsalı sənayesinin nəhəngləri arasında yer alan Fransanın "Lactalis" şirkətinin məhsulları əsasən Çin, Pakistan və Britaniyada satılır. "Lactalis" Almaniyaya süd tozu göndərmədiyini, yalnız bu ölkədə üç ayrı marka altında pendir satdıqlarını açıqlayıb.

 

Qeyd edək i, Azərbaycan bazarında da "Lactalis" məhsulları satılır.

29.12.2017 15:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ