Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Palatada İbrahim Alışovun sədrliyi ilə iclas keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatada İbrahim Alışovun sədrliyi ilə iclas keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin 2017-ci ildə icra vəziyyətinin müzakirəsinə dair növbəti iclas keçirilib.

 

İclasda Palata tərəfindən bank sektorunun sağlamlaşdırılması, institutsional infrastrukturunun təkmilləşdirilməsi məsələləri müzakirə olundu. Sığorta sahəsinin iqtisadiyyatda penetrasiyasının artırılması məqsədi ilə yeni sığorta mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının təkmilləşdirilməsi, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlər müzakirə edilmişdir.

 

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda qeyd edilən strateji yol xəritəsinin icrası məqsədilə təsdiq olunmuş əməliyyat planına uyğun olaraq cari ilin dekabr ayı ərzində, habelə “Milli Strateji Yol Xəritələrinin 2017-ci il üzrə və növbəti ay üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planı açıqlandı.

 

Tədbirlər planının icrasının koordinasiya işlərinin daha səmərəli aparılması məqsədi ilə 16 prioritet üzrə yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülən işlər və keçirilən görüşlər barədə hesabat məruzələri dinlənildi, icra mərhələsində olan tədbirlərin qiymətləndirilməsi və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparıldı. İclasda həmçinin 2018-ci ilin I rübü və ümumilikdə növbəti il üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair müvafiq tapşırıqlar verildi.

29.12.2017 18:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ