2017 ilə Dolların ucuzlaşması və neftin bahalaşması ilə vidalaşırıq
Dünya 2017-ci illə Dolların ucuzlaşması və neftin bahalaşması ilə vidalaşır.
"Marja" xəbər verir ki, 2015-ci ilin yayından başlayaraq ucuzlaşan Brent nefti ( o cümlədən WTI) 2016-cı ilin Yanvar ayının 20-də 39,6 dollaradək düşdü. Sonradan neft qiymətləri bir qədər toparlanaraq 2016-cı ilin sonunda 58 dolları keçdi. 2017-ci ilin birinci yarısında yenidən neft qiymətlərinin geriləməsi müşahidə olundu və İyun ayının sonuna yaxın Brent neftinin qiyməti 45 dollara yaxınlaşdı.
Lakin OPEC və tərəfdaşlarının hasilatlarını azaltmağa qərar vermələri ilə neft qiymətləri yüksəlməyə keçdi. Brent nefti 2017-ci ili 66,62, ABŞ xam nefti (WTI) isə 60,25 dollar qiymətlə başa vurur.
ABŞ dolları ötən ilin sonunadək Avro qarşısında bahalaşırdı. Avro/Dollar məzənnəsi ötən ilin sonunda 1.05 dollar səviyyələrinə düşümüşdü. 2017-ci ildə isə Avro Dollar qarşısında bahalaşdı. Məzənnə 2017-ci ili 1.2005 dollar səviyyəsilə bağlayıb. Beləliklə, bu il Dollar Avro qarşısında 14% ucuzlaşıb.
2017-ci ildə Dollar Manat qaşısında da ucuzlaşdı. 2017-ci ilin əvvəlində 2 manata yaxınlaşan Dollar/manat məzənnəsi hazırda 1.70 manat ətrafındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 d. əvvəl
-
3 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 8 d. əvvəl
- 11 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar