Ən yuxarı (mobil)_30

Neft yeni ilə bahalaşaraq başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft yeni ilə bahalaşaraq başladı

 
Neft qiymətləri ABŞ-da qazılan quyuların və xam neft istehsalının azalması ilə bahalamaqda davam edir. "Marja" xəbər verir ki, neft qiymətləri ardıcıl iki il yüksəldikdən sonra, 2018-ci ilə də bahalaşma ilə başlayıb.
 


Neft Nyu-Yorkda keçən həftə 3.3 faiz artdıqdan sonra 0.3 faiz də dəyər qazanıb.

 

Baker Hughes-ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı üst-üstə iki həftədə dəyişməyərək 747-də qalıb. 

 

Mövzu haqqında məlumata malik bir mənbəyə görə, Liviyada 26 Dekabrda zədələnmiş neft kəmərinin təmiri Şənbə günü tamamlanıb və Es Sider terminalına neft axını yenidən başlayıb.


 
Neft 2017-ci ildə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmağa başlaması ilə bahalaşmıdı.
 
 
Bakı vaxtı ilə saat 10:15-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 19 sent bahalaşaraq 60.61 dollara, Brent nefti, Londonda  ICE Futures Europe birjasında 24 sent və ya 0.4 faiz qalxaraq 67.14 dollara qalxıb. 

02.01.2018 07:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ