Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Turanbank” əmanət faizlərini kəskin azaltdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Turanbank” əmanət faizlərini kəskin azaltdı

Xatırladaq ki, Marja.az "Turan Bank" bağlanan bankların yolu ilə gedir" başlıqlı məqaləsində bu bankda yüksək faizlərin olduğunu və bunun risklərə işarə etdiyini yazmışdı. 


 

Reklam_3_11

“Turanbank” ASC Azərbaycan manatı, ABŞ dolları və avro ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini kəskin azaldıb.

 

Bu barədə  Bankın rəsmi internet səhifəsində bildirilib.

 

Məsələn, hazırda “Turanbank”da 3 il müddətinə, milli valyutada yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 12,5-12,9% divident ödənilir. Halbuki, indiyə qədər illik gəlirlilik 18-19% olub.

 

Bank 3 il müddətinə Amerika valyutası ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 6-6,5%-dən 3-3,25%-ə, 3 il müddətinə Avropa valyutası ilə yerləşdirilən əmanətlərin illik gəlirliliyini isə 3-3,5%-dən 1,25-1,5%-ə endirib. 

 

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur. 

 

© Report

03.01.2018 09:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ