Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bitcoin-un qiyməti amerikalı investor ilə qalxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin-un qiyməti amerikalı investor ilə qalxıb

Virtual pul vahidi Bitcoin-un qiyməti yenidən qalxaraq son üç gündəki itkilərinin böyük hissəsini geri qazanıb.
 

"Marja" xəbər verir ki, Bitcoin-un dəyəri 30 Dekabr 2017-də 11,5 faiz, dünən də 2,7 faiz dəyər itirdikdən sonra 12 min 835 dollara qədər geriləmişdi. Bu gün isə Bitcoin təxminən 13 faiz bahalaşıb.


 
Yerli vaxtla 12:30-da Bitcoin 15 min 402 dollardan ticarət olunub.
 


"The Wall Street Journal"ın xəbərinə görə, amerikalı investor Piter Thiel-in tərəfdaşı olduğu və startaplara kapital təmin edən "Founders Fund" adlı şirkət 20 milyon dollar Bitcoin satın alıb.


 
Mütəxəssislər, beynəlxalq ödəmə sistemi PayPal-ın qurucu ortaqlarından olan və 2004-cü ildə Facebooka investisiya qoyan Thiel-in Bitcoin satın almasının investorlara güvən verdiyini bildirərək, virtual pul vahidinə tələbatın artacağını vurğulayırlar.


 
Thiel 1999-da PayPalın qurulmasında rol aldıqdan sonra, şirkət, 2002-də eBay-ə 1,5 milyard dollara satılmışdı.


 
Bundan başqa, 2004-cü ildə Facebookun 10 faiz səhmi üçün 500 min dollar yatırım edən Thiel, bu səhmlərin böyük qismini 2012-də təxminən 1 milyard dollara satmışdı.


 
 Dünyada virtual pul vahidləri içərisində bazar qiyməti ən yüksək olan Bitcoin, keçən il təxminən 1300% bahalaşmışdı.

03.01.2018 09:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ