Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ripple sürətlə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ripple sürətlə bahalaşır

Bitcoin-in qiyməti yerində sayarkən, Ripple sürətlə bahalaşır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, dekabrdan başlayaraq qiyməti daha sürətlə qalxan Ripple bu gün 32% də bahalaşıb.

 

Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Ripple 3,45 dollardan aıcı tapıb. Dövriyyədəki Ripple-ların cəmi dəyəri 133 milyard dolları keçib. 

 

Dünən səhər Ripple-ların cəmi bazar dəyəri 108 milyard dolları aşmış, birinin qiyməti 2.80 dollara qalxmışdı. Ripple, Ötən ilin yanvarında 0,006 dollar, Dekabrın əvvəlində isə yalnız 25 sent səviyyəsində idi. 

 

ŞİRKƏT NƏZARƏTİ ALTINDADIR


Ripple-ın Bitcoin-dən ən mühüm fərqi tək bir şirkətin nəzarəti altında olmasıdır. San-Fransiskoda fəaliyyət göstərən Ripple şirkətinin mövcud və əvvəlki bütün rəhbərləri, baş verən qiymət "partlayışından" sonra kriptovalyuta milyarderlərinə çevriliblər.

 

100 MİLYARD ƏDƏD VAR, 38 MİLYARD ƏDƏDİ DÖVRİYYƏDƏDİR

 

Ripple 2012-ci ildə qlobal miqyasda maliyyə əməliyyatlarını asanlaşdırmaq məqsədilə bazara çıxarılmışdı. Digər rəqəmsal pul vahidlərindən fərqi olaraq, Ripple-ın qanuni banklarla əlaqələri var. Santander, Bank of America və UBS kimi banklar Ripple platformasını işlədən maliyyə qurumları arasında yer alırlar.


Son həftələr Yaponiya və Cənubi Koreyadakı bəzi maliyyə xidmətləri şirkətləri Ripple texnologiyasına keçəcəklərini açıqlamışlar. Bu açıqlamalar Ripple-ın qiymətinin artımasına səbəb olub.

 

"Blockchain Momentum"dan Stephen Powaga-ya görə, Ripple və digər bəzi rəqəmsal pulların ən əhəmiyyətli üstünlüyü aşağı komissiya ödənişləridir. Bu da onları analoqlarına nisbətən daha populyar hala gətirir.


 
 Ancaq Bitcoin-dən fərqli olaraq Ripple istifadəçilər tərəfindən "qazılaraq" çıxarılmır. Şirkətin nəzarəti altındadır.


 
 Ripple şirkəti ilk fazada 100 milyard ədəd Ripple yaradıb və hazırda bunun 38 milyardı dövriyyədədir.


 
Powaga-ya görə ən mühüm risklərdən biri şirkətin əlində qalan digər Ripple-ları nə qədər müddətdə bazara çıxaracağıdır. Məsələn, 4 il içində qalan bütün Ripple-ların bazara çıxarılması halında qiymətlər üzərində ciddi bir təzyiq yarana bilər.

 

100 FƏRQLİ PUL VAHİDİ VAR


Qlobal kriptovalyuta bazarının ümumi həcmi 756 milyard dollardır və bu bazarda 1386 kriptovalyuta var. Bitcoin-un bazar dəyəri 257 milyard dollar, Ripple-ın 133,7 milyard dollar səviyyəsindədir. Üçüncü sırada isə 92,3 milyard dollar ilə Ethereum yer alır.

04.01.2018 04:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ