Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fed rəsmiləri arasında fikir ayrılığı yaranıb - FED PROTOKOLLARI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed rəsmiləri arasında fikir ayrılığı yaranıb - FED PROTOKOLLARI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


ABŞ Mərkəz Bankının (Fed) son iclasına aid protokollar, Fed rəsmilərinin 2018-ci ildə ediləcək faiz artımları barədə dərin fikir ayrılığı yaşadığını göstərib.


 
"Marja" xəbər verir ki, Fed, Federal Açıq Bazar Komitəsinin 12-13 (FOMC) Dekabrda keçirilmiş son toplantısına dair protokollarını dərc edib.


 
FOMC üzvlərinin siyasət faizinin üst sərhədini 1,50%-ə qaldırmaq qərarı verdiyi iclasın protokollarında, bu il faizin 3 dəfə artırılmasına dair fikir ayrılıqlarının yarandığı məlum olub.


 
Bəzi üzvlərin faizin 3 dəfə artırılmasına çox "aqressiv", digərlərinin isə "yavaş" hesab etdiyinə işarə edilən protokollarda bu ifadələrə yer verilib:


 
"Bir neçə üzv, dekabr ayında 2018-ci il üçün təyin olunan iqtisadi proqnozlardan məmnun olmadıqlarını bildirib. Bu üzvlər, faizin 3 dəfə artırılmasının inflyasiyanın 2%-ə geri qayıtması hədəfilə uyğun olmayacağını qeyd ediblər. Digər bir neçə üzv faizin daha sürətli artırılmasının məqsədəuyğun olacağını bildirdilər. Bu üzvlər, faizin artırımasına başlandığından bu yana maliyyə şərtlərində pisləşmə yaşanmadığını, aşağı faiz dərəcələrinin maliyyə sabitliyini təhdid etdiyini və məşğuluq bazarının getdikcə gücləndiyini dilə gətirdilər".


Fed-in pul siyasətini müəyyən edən FOMC-ın 2018-ci iə dair ən yüksək faiz nisbəti gözləntisi 2,1% olaraq açıqlanmışdı. Bu hazırda yüksək həddi 1,5 faiz səviyyəsində olan faizin 25 bəndlik   3 dəfə artırıacağına işarə edir.
 


 "Vergi güzəştlərinin təsiri müsbət olacaq, amma miqyası qeyri-müəyyəndir"


 
Həmçinin protkollarda ABŞ Prezidenti Donald Trumpın imzası ilə qısa müddət əvvəl qüvvəyə minmiş vergi güzəştləri paketinin təsirlərinə dair qiymətləndirmələr də diqqəti çəkir.


 
Yeni vergi dərəcələrinin istehlak xərclərini və investisiyaları artıracağını düşünən FOMC üzvləri, buna qarşı sözügedən təsirin miqyası məsələsində qeyri-müəyyənlik olduğunu qeyd ediblər.


 
Fed-in pul siyasətini müəyyən edən FOMC-ın 2018-dəki səkkiz iclasından ilki 30-31 Yanvarda Vaşinqtonda keçiriləcək.


 
Hazırkı Fed sədri Janet Yellenin sonuncu dəfə iştirak edəcəyi iclas olan bu iclasda faizin artırılacağı gözlənilmir.

 

Protokolların dərc edilməsinin ardıdan Dolların qiyməti dəyişməyib.

04.01.2018 05:21

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ