Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Trumptan İranlı etirazçılara dəstək mesajı - "ABŞ-dan böyük dəstək görəcəksiniz"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trumptan İranlı etirazçılara dəstək mesajı - "ABŞ-dan böyük dəstək görəcəksiniz"

 
ABŞ Prezidenti Donald Trump, Twitter hesabından İran etirazları ilə bağlı daha bir açıqlama edib.
 

"Marja" xəbər verir ki, Trump açıqlamasında, "Korlanmış olan hakimiyyətlərini geri qaytarmaq üçün çalışan İran xalqına hörmətlə yanaşıram. Vaxtı gələndə ABŞ-dan böyük dəstək görəcəksiniz" - ifadələrinə yer verib.

Reklam_3_11


 
ABŞ Prezidenti, daha əvvəl də Twitter-dən İranla bağlı olaraq, "İran rəhbərliyinin öz xalqının ifadə azadlığı hüququna hörmət göstərməsi lazım olduğunu" qeyd etmişdi.
 

Dünən də Ağ Evin sözçüsü Sarah Sanders, İrandakı etirazçılara dəstək verdiklərini qeyd edərək "İran rejiminin, öz xalqının əsas ifadə azadlığı hüququna hörmət etməsi" lazım olduğu xəbərdarlığını etmişdi.

 

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert də İrandakı hakimiyyət əleyhinə aksiyaları yaxından təqib etdiklərini və hadisələr zamanı həbs etmələri pislədiklərini bildirmişdi.


 
İran İnqilab Mühafizəçiləri Komandiri Məhəmməd Əli Cəfəri, İranda bahalıq səbəbilə müxtəlif şəhərlərdə keçirilən aksiyaların sona çatdırıldığını iddia etmişdi.
 

04.01.2018 05:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ