Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu dövlət tənha yaşayan insanlar ölkəsinə çevrilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu dövlət tənha yaşayan insanlar ölkəsinə çevrilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İtaliyada tənha yaşayan insanların sayı artıb, yeni doğulan körpələrin sayı azalıb, insanların ömrü isə uzanıb.

 

Bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (İSTAT) illik hesabatında məlumat verilir.

 

İSTAT-ın 2016-cı il üzrə hesabatının daha təəccüblü cəhəti isə ölkədə daha çox insanın tək yaşamasıdır.

 

Bu ölkədə tənha yaşayan insanların sayı 20,5 faizdən 31,6 faizədək artıb, beş və ya daha çox nəfərdən ibarət olan ailələrin sayı isə 8,1 faizdən 5,4 faizədək azalıb. Ölkədə doğum səviyyəsinin aşağı düşmə tendensiyası davam edir. 2016-cı ildə doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 12 min 342 nəfər azalıb.

 

Hesabatda bildirilir ki, Avropada ən aşağı doğum səviyyəsi də məhz İtaliyadadır. Bu ölkədə hər qadına orta hesabla 1,35 uşaq düşür. Eyni zamanda, İtaliyada insanlar daha uzun ömür sürürlər. Burada orta ömür müddəti kişilərdə 80,6 il, qadınlarda isə 85,1 il təşkil edir.

 

İtaliya əhalisinin 8,3 faizi əcnəbilərdir.

 

©Azərtac

04.01.2018 06:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ