Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda avtomobil akkumulyatorları istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda avtomobil akkumulyatorları istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda avtomobil akkumulyatorlarının istehsalı təşkil olunacaq.

 

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının( AMEA) “Yüksək Texnologiyalar Parkı"ndan bildiriblər.

 

Yaxın zamanlarda Əhmədli qəsəbəsində yerləşən AMEA Təcrübə-Sənaye Zavodunda istehsalat qurğularının tikintisi üzrə işlər başlayacaq.

 

2018-ci il yanvarın ilk ongünlüyündə akkumulyator istehsalı ilə məşğul olan xarici şirkətlərdən birinin rəhbəri Bakıya səfər edəcək. Səfərin məqsədi birgə istehsalın təşkil olunması ilə bağlı danışıqların keçirilməsidir.

 

Hazırda akkumulyatorların və litium-ion batareyalarının birgə istehsalının təşkili məqsədilə AMEA Texnoparkı Bolqarıstan, Çin və Türkiyə şirkətləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir: “Hazır məhsul təkcə daxili bazar üçün nəzərdə tutulmayacaq, həm də ixrac ediləcək. Texnoparkın rezidentlərinin gömrük rüsumlarından azad edildiyini və digər amilləri nəzərə alsaq “Yüksək texnologiyalar parkı”nda istehsal olunan məhsulun dəyərinin kifayət qədər rəqabətqabiliyyətli olacağını hesab etmək olar”.

 

© Trend

04.01.2018 08:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ