Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rusiyada gündəlik neft hasilatı 30 illik maksimuma çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada gündəlik neft hasilatı 30 illik maksimuma çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə Rusiyada neft hasilatının artımı davam edib və orta hesabla 10,98 mln. barel/günlə son 30 ilin maksimal həddinə çatıb.  "Reuters" agentliyinin verdiyi xəbərə görə, bu məlumatı Rusiya Enerhetika Nazirliyi yayıb. 

 

Reklam_3_11

Məlumata əsasən, 2017-ci ildə neft hasilatının illik artım tempi 2016-cı illə müqayisədə Rusiyanın OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmada iştirak etməsi səbəbindən azalıb.

 

Energetika Nazirliyinin məlumatında qeyd edilir ki, 2016-cı ildə Rusiyada orta illik neft hasilatı 10,96 mln., 2015-ci ildə isə 10,72 mln. barel/gün olub. Rusiyanın energetika naziri Aleksandr Novak 2018-ci ildə OPEC+ anlaşmasının qüvvədə qalması durumunda neft hasilatının 547 mln. ton səviyyəsində qalacağını bildirib. Xatırladaq ki, 2017-ci ildə Rusiya ümumilikdə 546,8 mln. ton neft hasil edib.

 

© Report

04.01.2018 10:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ