Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İndiyədək səhv zənn ediblər - Əkinin nəticəsi fermerləri təəcübləndirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İndiyədək səhv zənn ediblər - Əkinin nəticəsi fermerləri təəcübləndirdi

Artıq bu bitki barədə yeni planlar nəzərdə tutulub. 


 

Reklam_3_11

Kürdəmirdə ilk dəfə olaraq geniş sahədə kələm bitkisi əkilib. Bitkinin əkini həm kələmin satışı ilə məşğul olanların, həm də yerli sakinlərin işini asanlaşdırıb.

 

Ticarətçilər bunun qiymətlərə də müsbət təsir edəcəyini bildiriblər. Kürdəmirli fermerlər ilk dəfə olaraq kələm becəriblər. Təsərrüfatçılar bugünə qədər elə zənn edib ki, kələm bitkisi Kürdəmir ərazisi üçün uyğun deyil. Lakin pilot olaraq əkin işi aparıldıqdan sonra nəticə onları təəccübləndirib.

 

Kələmin alış-verişi ilə məşğul olan ticarətçilər bildirir ki, rayon ərazisində bu bitkinin əkilməsi onların da işini asanlaşdırıb. Belə ki, indiyə qədər kələmi satmaq üçün Ağdaş, Bərdə, Ağdam və digər rayonlardan alıb gətiriblər. Lakin nəqliyyat xərclərinin baha çıxması onlara sərf etməməklə yanaşı həm də gətirdikləri kələmi sakinlərə yüksək qiymətə satmağa məcbur edib.

 

Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilir ki, əldə olunan yüksək nəticə kələm bitkisini Kürdəmirdə də əkib becərməyin mümkünlüyünü sübut edib. Artıq bu bitki barədə yeni planlar nəzərdə tutulub. Təsərrüfatçılar bildirir ki, bu bitkiyə yaxşı qulluq göstərməklə məhsuldarlığı da artırmaq mümkün olacaq. 

 

04.01.2018 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ