Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə, Azərbaycanda fındıq planlarının baş tutmadığını iddia edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə, Azərbaycanda fındıq planlarının baş tutmadığını iddia edir

Türkiyənin Giresun Kənd Təsərrüfatı Palatasının sədri Nurittin Karan, fındıq ixracının ötən mövsümün eyni dövrü iə müqayisədə miqdar baxımdan artdığını, gəlirin isə azadığını bidirib.


 
"Marja" xəbər verir ki, Türkiyənin, 2017-2018 ixrac mövsümünün ilk 4 ayında təxminən 126 min ton ləpə fındıq ixrac olunaraq əvəzində 805 milyon 651 min dollar gəlir əldə etdiyini qeyd edən Nurittin Karan, 2016-2017 ixrac mövsümünün ilk 4 ayında 92 min 425 ton ləpə fındıq ixrac olunaraq əvəzində 823 milyon 153 min dollar gəlir əldə edildiyini xatırladıb.

Reklam_3_11


 
Uduzanın Türkiyənin fındıq istehsalçıarı olduğunu qeyd edən Karan, qazananın isə Avropalı istehlakçıar olduğunu deyib.


 
Nurittin Karan, İtaliya başda olmaqla fındıq istehsalı olan digər ölkələrdə məhsuldarığın 50% azadığını, bununla bağlı olaraq Türkiyə fındığına olan marağın artdığını, ancaq dollar qarşısında Türk fındığının dəyər itirdiyini ifadə edib.


 
Nurittin Karan, monopolist və yerli tərəfdaşların Çili, Azərbaycan və Gürcüstandakı fındıqla bağlı plan və investisiya qoyuluşlarının tutmadığını, fındığı çürüdüb yağını çıxardıqarını qeyd edib.


 
Karan, Türkiyəyə xaricdən yağlıq fındıq idxal edildiyini bildirən Nurittin Karan, bir yağ firması tərəfindən Çilidən Gürcüstanın Poti Limanına, buradan da sərbəst bölgə olan Trabzon Limanına 2-4 fındıq yağı xammalı idxal edildiyini bildirib.


 
Dünyada Türkiyə fındığının və xüsusən də Giresun fındığının alternativsiz olduğunu vurğulayan Nurittin Karan, Çili, Azərbaycan və Gürcüstanda ümid etdiyini tapa bilməyənlərin Türkiyənin fındıq istehsalçılarına "şirin" görünmək üçün növbəyə girdiklərini ifadə edib.

 

Qeyd edək ki, 2017-ci ilin 11 ayı ərzində Azərbaycandan ixrac olunan qeyri-neft sektoru məhsulları arasında meşə fındığı 3-cü yeri tutub (105 milyon ABŞ dolları). Göründüyü kimi, Nurittin Karanın dediklərinin əksinə olaraq Azərbaycan xeyli miqdarda fındıq ixrac edib. Azərbaycanda fındıq istehsalının və ixracının artması Türkiyəni narahat edir.

04.01.2018 14:38

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ