Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftçalada avtomobiləri "AzKron" adlı şirkət istehsal edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftçalada avtomobiləri "AzKron" adlı şirkət istehsal edəcək

İranın Bakıdakı Ticarət Attaşesi Məhəmməd İbrahim Nağızadə Azərbaycan və İranın birgə avtomobil istehsal edəcəyini bildirib.

 

Reklam_3_11

"Marja" "İrna" agentliyinə istinadən xəbər verir ki, Nağızadə etdiyi açıqlamada, İran-Azərbaycan Müştərək Avtomobil Şirkətinin "AzKron" adı ilə qeydiyyata alındığını söyləyib.

 

Nağızadə, şirkətin 75 faizinin Azərbaycanın "Azmaş" şirkətinə və qalan 25 faizinin də "İran Hodro"ya aid olduğunu bildirərək, avtomobil zavodunun son mərhələdə olduğunu və 21 Mart 2018 tarixindən əvvəl zavodda avadanlıqların quraşdırılacağını deyib. Qeyd edək ki, bundan əvvəl zavodun 2018-ci ilədək avtomobil istehsalına başlayacağı bildirilmişdi. 

 

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 22.12.2017-ci i tarixində "AZKRON" MMC adlı şirkəti qeydiyyata alıb. 4 min manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Majid Kaviani Ahmad-dır.  Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195-dir. “Azərmaş” şirkəti də bu ünvanda yerləşir. 

 

Bundan öncə bildirilmişdi ki,  Neftçalada avtomobil istehsalı ilə “Azevrocar” MMC məşğul olacaqdır və zavod bu şirkətin layihəsidir. Neftçala Sənaye Məhəlləsinə avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkətləri arasında 6 müqavilə də imzalanmışdı.“Azevrocar” MMC 02.09.2011-ci il tarixində yaradılmış və cəmi 10 manat kapitala malikdir.

 

Təməlqoyma mərasimində bildirilmişdi ki, ilkin olaraq zavoda 15 mln. dollar həcmində investisiyanın yatırılması nəzərdə tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25 faizinin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75 faizi isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.

 

Nağızadə  qeyd edib ki, quraşdırıacaq zavodun gücü 10 min ədəd avtombildir. İlk hədəf 3 min və sonrakı mərhələdə isə 5 min avtomobil istehsalıdır. Zavodda 5 fərqli modelin istehsalı həyata keçiriləcəkdir.

04.01.2018 16:04

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ