Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da neft ehtiyatları azalıb, istehsal artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft ehtiyatları azalıb, istehsal artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
 ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 7,4 milyon barrel azalıb.


 
 ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 7,4 milyon barrel (1,7 faiz) azalaraq 424,5 milyon barrelə gerilədiyini açıqlayıb.


 
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 5,1 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 4,6 milyon barrel azalma qeyd etmişdi.
 


Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 663,7 milyon barrelə enib.
 


 ABŞ-ın həftəlik benzin ehtiyatları isə 4,8 milyon barel (2,1 faiz) artaraq 233,2 milyon barelə yüksəlib.
 


Benzin ehtiyatlarına dair bazar gözləntisi 2,2 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,6 milyon barrel qalxmışdı.


 
Xam neft istehsalı artıb


 
Bu dövrdə ölkənin xam neft istehsalı da əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 28 min barel artaraq 9,78 milyon barelə yüksəlib.
 


Ölkənin xam neft ixracı da sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 265 min barel artımla 1,47 milyon barelə çatıb. Həmin dövrdə xam neft idxalı isə gündəlik orta hesabla 27 min barel azalaraq 7,97 milyon barelə enib.
 

ABŞ-ın xam neft ehtiyatlarındakı azalmaya baxmayaraq, istehsal artdığından neft qiymətləri çox dəyişməyib.  
Bakı vaxtı ilə saat 08:25-ə olan məlumata görə, Brent növü neftin barrel qiyməti 67,97 dollara, ABŞ-ın Qərbi Texas tipli xam neftin barrel qiyməti də 62 dollardan alıcı tapıb.

05.01.2018 05:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ