Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Zəif dollar mərkəzi bankların "işini" yüngülləşdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zəif dollar mərkəzi bankların "işini" yüngülləşdirir


ABŞ Dolları, ötən il 2003-cü ildən bu yana görülən ən pis ilini qeyd edib. "Bank of New York Mellon Corp" və "Credit Agricole SA"nın analitiklərinə görə, dolların daha da ucuzlaşması mərkəzi bankların pul siyasətlərində planlaşdırdıqları qədər sərt pul siyasətinə keçmək məcburiyyətində olmadıqları mənasına gələ bilər.
 


"Marja" xəbər verir ki, analitiklərin arqumentinə görə, ABŞ Dollarındakı ucuzlaşma rəqib pulları bahalaşdırır, digər yerlərdəki iqtisadi artım və inflyasiyanı ləngidir və faizlərin alternativ vəziyyətə görə aşağı saxlanılmasına səbəb olur.


 
"Credit Agricole"dan Mohit Kumar, "Zəif dollar digər mərkəzi bankların üzərində təsirli ola bilər. Daha geniş perspektivdən baxdıqda, güclü milli pul, Mərkəzi Bankı yumuşaq pul siyasətinə daha meylli edir" deyib.


 
"BNY Mellon"un stajlı valyuta strateqi Neil Mellor bildirib ki, valyutadakı əhəmiyyətli möhkəmlənmə canlanan inflyasiyayanı məhv edə bilər.


 
Hazırda avro  dollar qarşısında üç ilin ən yüksək səviyyəsinə yaxındır (1.2070). ABŞ valyutasının daha çox ucuzlaşması Avropa Mərkəzi Bankının (AMB) təşviq planının tempi üzərində təsirli ola bilər. AMB sədri Mario Draghi, Sentyabr ayında Avronun bahalaşmasına işarə edərək bunun inflyasiyaya ziyanverici təsirinin olacağı barədə xəbərdarlıq etmişdi.


 
Belə çıxır ki, Avro yüksəlməyə davam edərsə, AMB-nin aktiv alışını sürətli azaltmasını və pul siyasətini sərtləşdirməsini görmək çətin olacaqdır.  

05.01.2018 05:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ