Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Xəzinədarlığı Mingəçevrdə yığılan kompüterləri istifadə edəcək - MÜQAVİLƏLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Xəzinədarlığı Mingəçevrdə yığılan kompüterləri istifadə edəcək - MÜQAVİLƏLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Xəzinədarlığı Agentliyi 496 min 7,1 manat dəyərində şəbəkə və kompüter avadanlığı alır. Bu barədə "Marja"  İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

 

Agentlik avadanlığın alınması haqqında iki yerli şirkətlə müqavilə bağlayıb.

 

"Ultra Technologies" MMC ilə şəbəkə avadanlığının alınmasına dair 281 min 719,1 manat məbləğində müqavilə bağlanıb.

 

Bundan başqa, Dövlət Xəzinədarlığı Agentliyi "Htech İnvest" MMC ilə “Acer” markalı kompüterlərin alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 214 min 288 manatdır.

 

Qeyd edək ki, "Htech Invest" şirkəti 2015-ci ildə təsis edilmiş və kompyuter avadanlığının yığılması ilə məşğuldur. Htech Invest Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Mingəçevir Yüksək texnologiyalar parkının rezidenti statusunu almış ilk şirkət olmuşdur. Şirkət "Acer" markalı kompyuterlərin yığılması ilə məşğul olur.

05.01.2018 06:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ