Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir”

Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili İndrek Kiverik Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy jurnalının nümayəndə heyətini qəbul edib.

 

Reklam_3_11

Görüşdə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Estoniya və Avropa İttifaqı arasındakı informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. İndrek Kiverik həmçinin Estoniya şirkətlərinin “Caspian Energy Forum – 2018 Tbilisi”də iştirakında maraqlı olduğunu ifadə edib.

 

Estoniyanın Avropa İttifaqındakı nümayəndəliyinin illik yekunlarına toxunan İndrek Kiverik Azərbaycanın Avropa istiqaməti və gündəmi təşkil edən strateji əməkdaşlıqla bağlı yeni sazişin imzalanması üzrə daha fəal işləməyə başladığını söyləyib.

 

İkitərəfli əlaqələrdən bəhs edən İndrek Kiverik nəqliyyat və logistika sahələrindəki  imkanları xüsusilə qeyd edib. “Həm Azərbaycan, həm də Estoniya ticarət yollarının kəsişməsində yerləşir. Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər. Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir”, - deyə o çıxışına davam edib.

 

Görüşün sonunda İndrek Kiverik Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, logistika, turizm və İT sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarına və enerji sahəsindəəməkdaşlığın inkişafına toxunub.

 

Müsahibə ilə www.caspianenergy.net saytında tanış ola bilərsiniz.

 

05.01.2018 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ