Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər müəyyənləşib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər müəyyənləşib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”i təsdiqləyib.

 

Reklam_3_11

Qərara əsasən, “Tədqiqat universiteti” statusu aşağıdakı tələblərə uyğun gələn ali təhsil müəssisələrinə verilir:

 

- fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu;

- son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi;

- doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olması;

- dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi;

- magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;

- ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi;

- yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən az 20 qrantın alınması.

 

© APA

05.01.2018 07:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ