Mobil manşet üstü reklam-3_21

"Məhdudiyyətlər işimizə ciddi təsir etməyib" - KOLLEKTOR AGENTLİYİNDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məhdudiyyətlər işimizə ciddi təsir etməyib" - KOLLEKTOR AGENTLİYİNDƏN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması “BOA Kollektor Agentliyi”nin işinə ciddi təsir etməyib.

 

Reklam_3_11

Bunu şirkətin direktoru Samir Mustafayev deyib.

 

Xatırladaq ki, “BOA Kollektor Agentliyi” əsasən yerli banklardakı problemli kreditlərin yığılması ilə məşğuldur. Hazırda 6-7 bank agentliklə əməkdaşlıq edir.

 

“Nümayəndəlik institutu ilə bağlı yenilik o demək deyil ki, banklar bundan sonra vaxtı keçmiş borcların yığılmasını bizə həvalə edə bilməyəcəklər. Çünki, “BOA Kollektor Agentliyi” məhkəmə qətnaməsinin olduğu işlərlə məşğul olur və burada artıq bank sirrindən söhbət gedə bilməz. Yenə də qətnamə əsasında, icra strukturları ilə birlikdə problemli kreditlərin geri qaytarılması ilə məşğul olacağıq”, - deyə o, qeyd edib.

 

Bununla belə, S.Mustafayevin sözlərinə görə, agentlik əməkdaşlarının bir qisminin imtahan verərək Vəkillər Kollegiyasının üzvü olmasına çalışacaq və yaxud zərurət yaranarsa Kollegiyaya üzv şəxsləri işə götürəcək:

 

“İndiyə qədər banklarla yanaşı, “BOA Kollektor Agentliyi”nin xidmətindən müxtəlif fiziki və hüquqi şəxslər, xarici şirkətlər də istifadə edib. Yəni, banklardan əlavə də kiminsə kimdənsə alacağı olub və bu məsələni şirkətimizə həvalə edib. Həmin şəxsləri qanun çərçivəsində məhkəmədə müdafiə etmək üçün Vəkillər Kollegiyasının üzvü olan əməkdaşlara ehtiyac var. İlk növbədə çalışacağıq ki, öz işçilərimiz qanuni vəkil olsunlar. Bu, alınmasa Kollegiyaya üzv şəxsləri işə qəbul edəcəyik”.

 

© Report

05.01.2018 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ