Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankdan ekspertiza xəbərdarlığı - 01 FEVRALDAN....

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan ekspertiza xəbərdarlığı - 01 FEVRALDAN....

Azərbaycan Mərkəzi Bankı (AMB) banklara və poçt idarələrinə məktub göndərib.  

 

Reklam_3_11

Bank dairələrindən əldə edilən məlumata görə, məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 dekabr 2004-cü il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olunan malların və əşyaların Siyahısı”nın 4.11-ci bəndinə əsasən sikkələr və banknotların poçt vasitəsilə göndərilməsi qadağandır.

 

“Odur ki, ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanları Nağd pulun İdarəetmə İnformasiya Sisteminin  Veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsi ilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməlidir”, - deyə məktubda vurğulanıb.  

 

AMB-dən bildirilib ki, 01 fevral 2018-ci il tarixindən etibarən Veb-portalda qeydə alınmadan ekspertizanın aparılması üçün göndərilən pul nişanları Mərkəzi Bank tərəfindən qəbul edilməyəcək.

 

Məlumata görə, bu tədbirin məqsədi dövriyyədə olan pulların daha keyfiyyətli olması və saxta pullara qarşı mübarizə kimi göstərilir.

 

© APA

05.01.2018 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ