Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Palladyumun qiyməti rekord səviyyəyə yaxınlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palladyumun qiyməti rekord səviyyəyə yaxınlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin ən çox bahalaşan əmtələrindən biri olan palladyumun qiyməti 17 il əvvəl çatdığı rekord səviyyəyə yaxınlaşıb. 

 

"Marja" xəbər verir ki, palladyumun bahalaşması təklifin azalması və dolların ucuzlaşması ilə bağlıdır.
 
 
Bu gün spot bazarda (nağd bazar) palladyum 2 faiz bahalaşaraq unsiyası 1107.90 dollara qədər qalxaraq 2001-dən bu yana ən yüksək səviyyəsinə yaxınlaşıb. Palladyum 2001-də 1125 dollar ilə tarixinin ən yüksək səviyyəsini görmüşdü.


 
"Nymex" birjasında  palladyum fyuçers müqavilələri isə 1101.7 dollara qədər çıxaraq tarixinin ən yüksək səviyyəsinə qalxdıqdan sonra 1094.75 dollara gəlib.


 
Spot palladyum 2017-ci ildə 56 faiz bahalaşıb. 

 

Spot bazar - əmtələrin anında təslim prinsipi və bazar qiyməti üzərindən əl dəyişdirdiyi bazar üçün istifadə edilir. "Nağd bazar" olaraq da bilinir. Forvard və fyuçers bazarlarının əksinə spot bazarlarda çox qısa müddətdə ödəniş və fiziki təhvil baş verir.

05.01.2018 08:32

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ