Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanlılar daha çox bu ölkədə istirahət edib - SAY VƏ ARTIM AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlılar daha çox bu ölkədə istirahət edib - SAY VƏ ARTIM AÇIQLANDI

Ötən il Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayı baxımından 2-ci yeri tutub.

 

Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze 2017-ci ilin turizm yekunlarına həsr olunmuş brifinqdə deyib ki, ötən il Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 1 694 998 nəfər olub.  Bu da 2016-cı illə müqayisədə 11,2% çoxdur.

 

Ötən il qonşu ölkəyə ümumilikdə 7 554 936 əcnəbi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 18,8% çoxdur. Onlardan 3 478 932 nəfəri Gürcüstanda 24 saat və ya daha çox vaxt ərzində olub.

 

Azərbaycanla yanaşı, Gürcüstana ən çox səfər etmiş əcnəbilər arasında Ermənistan (1 718 016), Rusiya (1 392 610) və Türkiyə (1 246 745) vətəndaşları da yer alıb.

 

Gürcüstanın 2017-ci ilin 3 rübündə xarici turizmdən əldə etdiyi gəlir 2,2 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 29% çoxdur. Ötən ildə əldə olunmuş ümumi gəlirin bu il 2,7 mlrd. dollara çatacağı proqnoz olunur.

 

© APA

05.01.2018 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ