Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"ABŞ və Türkiyə arasında imzalanan hüquqi sənədlər qüvvəsini itirdi"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"ABŞ və Türkiyə arasında imzalanan hüquqi sənədlər qüvvəsini itirdi"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirib.

 

“Anadolu” agentliyinin verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı.

 

Türkiyə prezidenti bildirib ki, ABŞ ədalət anlayışını gözdən keçirməlidir: “Belə bir ədalət anlayışı ola bilməz. Bundan sonra dünyaya ədalət dərsi verməyə qalxmasınlar. Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar, Türkiyədə çıxarılan heç bir məhkəmə qərarına hörmətlə yanaşmırlar. ABŞ-a Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 100-ə qədər qovluqda sənəd göndərilib, Türkiyədə çıxarılan heç bir qərarı nəzərə almırlar. Elədirsə, beynəlxalq hüquq, iki ölkə arasında bağlanan hüquqi anlaşmalar nəyə yarayır?  Hökmünü itirir. Bundan sonra proseslər belə davam edəcək”.

 

Qeyd edək ki, keçən ilin mart ayında da ABŞ-a səfər etmiş Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib. ABŞ Prokurorluğu H. Atillanı bundan öncə həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi M.H.Atillanın R. Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib. Bu günlərdə ABŞ-ın Iran embarqosunu pozmaqda ittiham edilən H. Atillanın Nyu-Yorkda baş tutan 4 həftəlik məhkəmə prosesinin ardınca qərar verilib. Jüri H. Atillanın İrana embarqonu pozmağa yardım etməkdə günahkar sayıb. Ümumiyyətlə, H.Atilla ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı da daxil olmaqla, ona qarşı yönəldilən 6 ittihamdan 5-də günahkar elan edilib.

 

Onun cəzası aprelin 11-də açıqlanacaq.  

 

© APA

05.01.2018 09:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ