Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Mən "Ripple"ın gələcəyinə inanmıram" - AZƏRBAYCANLI EKSPERT

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mən "Ripple"ın gələcəyinə inanmıram" - AZƏRBAYCANLI EKSPERT

 

"Mən "Ripple"ın gələcəyinə inanmıram və onu bir "coin" kimi qəbul etmirəm"

Reklam_3_11

 

Bunu "Marja"ya kriptovalyutalar üzrə könüllü məsləhətlər verən Rəşad Camal Mehdiyev bildirib.

 

"Əslində "Ripple"n strukturuna baxsanız görərsiniz ki, bunun "blokçeyn" (Blockchain) ilə bir əlaqəsi yoxdur. Pulköçürmələrdə aşağı faiz təklif etdiyi üçün bir sıra banklar Ripple ilə əməkdaşlıq edir. Buna görə, Ripple bahalaşıb. Əgər gələcəkdə daha böyük maliyyə təşkilatları daha sərfəli "coin" yaratsalar, Ripple-ın ucuzlaşması riski var.  Bu zaman Ripple-da satışlar başlayacaqdır. Əksinə də ola bilər. Ola bilsin ki, Ripple ətrafında daha çox bankları toiplayacaq və onun dəyəri qalxacaqdır. Bir daha qeyd edirəm ki, "coin"lər çox riskli maliyyə məhsullarıdır".

 

"BU İL 10 DOLLARADƏK QALXA BİLƏR"

 

Bununla bərabər Rəşad Camal qeyd edib ki, bu il Ripple-ın 10 dollaradək, 2 il ərzində isə 20 dollaradək qalxacağını gözləyir:

 

"Ripple-ın sonluğunu gözləyirəm. Bir stress həddi var. Çox ehtiyatlı olun. Necə Bitcoin 20 min dollara qalxıb 12 min dollar səviyyələrinədək düşdüsə, Ripple üçün də bu həddi gözləyəcəklər". 

 

Ripple 136 milyard dollarlıq bazar həcmilə, 259 milyard dollarlıq Bitcoin-dən sonra kriptovalyuta bazarındakı ən böyük həcmə malik ikinci virtual puldur. Bu dəqiqələrdə 1 Ripple 3,51 dollardan alıcı tapır. Dünən Ripple-ın qiyməti 3.84 dollaradək qalxmışdı. 2016-cı ilin Yanvarında 1 Ripple-ın qiyməti 0,006 dollar idi.

 

100 MİLYARD ƏDƏD VAR, 38 MİLYARD ƏDƏDİ DÖVRİYYƏDƏDİR

 

Ripple 2012-ci ildə qlobal miqyasda maliyyə əməliyyatlarını asanlaşdırmaq məqsədilə bazara çıxarılmışdı. Digər rəqəmsal pul vahidlərindən fərqi olaraq, Ripple-ın qanuni banklarla əlaqələri var. Santander, Bank of America və UBS kimi banklar Ripple platformasını işlədən maliyyə qurumları arasında yer alırlar.


Son həftələr Yaponiya və Cənubi Koreyadakı bəzi maliyyə xidmətləri şirkətləri Ripple texnologiyasına keçəcəklərini açıqlamışlar. Bu açıqlamalar Ripple-ın qiymətinin artımasına səbəb olub.

 

"Blockchain Momentum"dan Stephen Powaga-ya görə, Ripple və digər bəzi rəqəmsal pulların ən əhəmiyyətli üstünlüyü aşağı komissiya ödənişləridir. Bu da onları analoqlarına nisbətən daha populyar hala gətirir.


 
 Ancaq Bitcoin-dən fərqli olaraq Ripple istifadəçilər tərəfindən "qazılaraq" çıxarılmır. Şirkətin nəzarəti altındadır.


 
 Ripple şirkəti ilk fazada 100 milyard ədəd Ripple yaradıb və hazırda bunun 38 milyardı dövriyyədədir.


 
Powaga-ya görə ən mühüm risklərdən biri şirkətin əlində qalan digər Ripple-ları nə qədər müddətdə bazara çıxaracağıdır. Məsələn, 4 il içində qalan bütün Ripple-ların bazara çıxarılması halında qiymətlər üzərində ciddi bir təzyiq yarana bilər.

05.01.2018 09:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ