Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Türk axını” boru kəməri mayda Türkiyə sahillərinə çatacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Türk axını” boru kəməri mayda Türkiyə sahillərinə çatacaq

“Türk axını” qaz boru kəməri (“Turkish Stream”) may ayında Türkiyə sahillərinə çatacaq.

 

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə “TürkAkım” şirkətinin sözçüsü Aslı Esen deyib. O qeyd edib ki, layihə üzrə qoşa xəttin ümumilikdə 700 kilometrinin inşası tamamlanıb və boru kəməri 1860 kilometr uzunluğunda olacaq.

 

“Pioneering Spirit” adlı boru döşəmə gəmisi gündəlik orta hesabla 4 kilometr boru inşa edir. Layihə ildə 15 milyon evin enerji ehtiyacını qarşılayacaq. 2019-cu ilin sonunda ilk qazı Türkiyəyə çatdırmağı planlaşdırırıq”, - deyə A.Esen əlavə edib.

 

Qeyd edək ki, “Türk axını” boru kəmərinin dəniz hissəsinin inşasının 38 faizi yekunlaşıb. İki xətdən ibarət olan və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq layihənin dəniz hissəsinin tikintisini Rusiyanın “Gazprom” şirkətinin 100 faizlik törəməsi olan “South Stream Transport B.V.” həyata keçirir.

 

“Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

 

© Azərtac

05.01.2018 10:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ