Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Avro Zonasında illik inflyasiya səngidi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro Zonasında illik inflyasiya səngidi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İlkin məlumata görə, Avro Bölgəsində dekabr ayında illik inflyasiya faizi 1,4%-ə geriləyib.



 
Avropa Statistika Ofisinin (Eurostat) yaydığı ilkin məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində 2017-ci ilin noyabr ayında 1,5 faiz olan illik inflyasiya dekabr ayında 1,4%-ə enib.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, Bölgədə, dekabr ayında ilkin illik baza inflyasiya isə 1%-lik bazar gözləntisindən aşağı - 0,9% artıb.
 


Avro Bölgəsində dekabr ayındakı inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, illik inflyasiya ən yüksək 3%-lə enerjidə olub. Enerjinin ardınca  2,1%-lə qida, alkoqol və tütün məhsulları, 1,2 faiz ilə xidmətlər gəlir.


 
 İNFLYASİYA ECB-NİN HƏDƏFİNDƏN AŞAĞIDIR


 
Digər tərəfdən, ilin inflyasiya göstəricisi Avro Zonasında pul siyasətini aparmağa məsul olan Avropa Mərkəzi Bankının (ECB) hədəf seçdiyi səviyyədən aşağıdır.


 
ECB, regionda qiymət sabitliyini təmin etmək üçün orta perspektivdə 2%-ə çox yaxın səviyyədə inflyasiya hədəfləyir. Bank, bu istiqamətdə qiymətli kağızlar alışı proqramı və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.


2017-ci ilin Dekabr ayında  inflyasiyasya dair müfəssəl məlumatlar 17 Yanvarda açıqlanacaqdır.

05.01.2018 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ