Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın İT-şirkətləri Tacikistanda tenderdə iştirak edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın İT-şirkətləri Tacikistanda tenderdə iştirak edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın SINAM və CYBERNET şirkətləri Tacikistan Respublikasının Vergi Komitəsinin elan etdiyi İnteqrasiya edilmiş Vergi İdarəetmə İnformasiya Sisteminin yaradılması və tətbiqi tenderində iştirak edir.

 

Layihənin məqsədi Tacikistanda vergi sisteminin tam informasiyalaşdırılması və vergi sənədləşməsinin elektron formata keçrilməsidir.

 

SİNAM şirkəti bu tenderdə Avstriyanın bit media solutions GmbH şirkəti ilə konsorsiumda iştirak edir.

 

Azərbaycan şirkətlərinin rəqiblərindən biri isə Ermənistanın IUNETWORKS şirkətidir. Tenderin daha bir iştirakçısı isə Böyük Britaniyanın Crown Agents şirkətidir.

 

Uzun illər Azərbaycanda fəaliyyət göstərən yerli İT-şirkətlər böyük təcrübə toplayaraq xarici bazarlara çıxmaqda israrlıdırlar. Əsas hədəf regionlar Asiya, Afrka və Cənubi Amerika müəyyən olunmuşdur.

 

Qeyd etmək lazımdır ki, ölkəmizin şirkətlərinin xarici ölkələrdə layihələrdə iştirakı Azərbaycanın ixrac potensialının artırılması və qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan biridir. Yüksək texnologiyalar sektorunu təqdim edən Azərbaycan şirkətləri artıq bir müddətdir ki, xarici ölkələrdə müxtəlif tenderlərdə iştirak edir, mürəkkəb İT-layihələri reallaşdırırlar.

 

SİNAM şirkəti artıq Qırğızstanda elektron hökumət seqmentində bir neçə layihə həyata keçirmişdir. Bundan qabaq SİNAM, CYBERNET və BESTCOMP şirkətləri konsorsium yaradaraq Tanzaniyada keçirilən tenderdə də birgə iştirak etmişdilər.

23.01.2017 08:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ