Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kənd Təsərrüfatında E-satınalma tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd Təsərrüfatında E-satınalma tətbiq ediləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti elektron satınalma (e-procurement) sistemini tətbiq etmək məqsədilə dünyada mövcud sistemləri araşdırır.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin mətbuat katibi Afət Yaqubova "Marja"ya bildirib ki Dövlət Xidməti bu sahədə ən qabaqcıl təcrübəyə malik Cənubi Koreya təcrübəsini öyrənəcək. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə əməkdaşlıq edəcək.

 

E-satınalmanın tətbiqi nəticəsində satınalmaların mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə nail olunacaq. Bu, müvafiq xərcləri azaltmağa, satınalma prosesini sürətləndirməyə imkan verməklə yanaşı, bir pəncərə prinsipinin tətbiqi sayəsində şəffaflığın artırılmasına şərait yaradacaq.

 

Elektron satınalmaların pilot olaraq, Dövlət Xidmətinin idarə etdiyi beynəlxalq layihələrdə həyata keçiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti hazırda Dünya Bankı, İslam İnkişaf Bankı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) ilə birgə 3 iri layihə həyata keçirir. Bu layihələrdən başqa, aqrar sahədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İttifaqı, Türkiyə, Yaponiya hökumətləri ilə texniki yardım və qrant layihələri icra edir. Dövlət Xidməti, həmçinin fermerlərə dövlət tərəfindən verilən kənd təsərrüfatı kreditlərini idarə edir.     

05.01.2018 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ