Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Bank sektorunun vəziyyətinə dair yeni göstəricilər açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektorunun vəziyyətinə dair yeni göstəricilər açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26 milyard 393.9  milyon manat, cəmi öhdəlikləri isə 23 milyard 255 milyon manat təşkil etmişdir.  Bu barədə Marja-ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

Reklam_3_11

Məlumata görə, sektorun balans kapitalı 3 milyard 138.9 milyon manat, əhalinin əmanətləri isə 7 milyard 346.6 milyon manat olmuşdur. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mmilyon manat artmışdır.

 

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olmuşdur.

 

Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil etmişdir. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olmuşdur.

 

30 noyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

05.01.2018 14:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ