Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əhalinin əmanətlərinin artması yenidən yavaşladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin əmanətlərinin artması yenidən yavaşladı

Banklar əmanət faizlərini kəskin aşağı salsalar da, əhalinin banklara yatırdığı əmanətlər atıb. Lakin artım sürəti aşağı düşüb.


 

Reklam_3_11

30 noyabr 2017-ci il tarixinə banklarda əhalinin əmanətləri 7 milyard 346.6 milyon manat olmuşdur.

 

Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

Noyabr ayında Oktyabr ayı ilə müqayisədə əhalinin əmanətləri 1.3% və ya 96.4 milyon manat artmışdır.

 

31 oktyabr 2017-ci il tarixinə əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3.6% (250.7 mln. manat) artaraq 7 milyard 250.2 milyon manat olmuşdu.

 

Qeyd edək ki, bu ilin Sentyabr ayınadək banklarda əhalinin əmanətləri azalırdı. Manatın məzənnəsinin sabitləşməsi və əmanət faizlərinin yüksək olması ilə Sentyabrdan əhali yenidən pullarını banklara etibar etməyə meyl etməyə başlamışdı. Lakin banklar Noyabr ayından başlayaraq əmanət faizlərini kəskin aşağı saldılar. Faizlərin aşağı düşməsi əmanətlərə marağı daha da azalda bilər. Dekabr ayında əmanətlər daha aşağı nisbətdə arta və ya azala bilər.

05.01.2018 14:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ